Superliqa: "Trabzonspor" "Qalatasaray"ı məğlub edib 

23:10 04.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Superliqasında 28-ci turun növbəti oyunu keçirilib.

Hafta.az xəbər verir ki, "Qalatasaray" səfərdə "Trabzonspor"la qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Məğlubiyyətə baxmayaraq "Qalatasaray" 64 xalla turnir cədvəlinə başçılıq edir. "Trabzonspor" isə 63 xalla ikincidir.